Son dəqiqə

Türkiyə ABŞ Türkiyə xarici işlər nazirliyi Kipr Şimali Kipr Türk Respublikası

ABŞ-ı regionda sabitliyə təhlükə yaradan siyasətləri nəzərdən keçirməyə dəvət edirik – Türkiyə XİN

Bakı. TurkicWorld:

ABŞ-ı regionda sabitliyə təhlükə yaradan siyasətləri nəzərdən keçirməyə dəvət edirik.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Yunan Kiprinə tətbiq edilən silah embarqosunun qaldırılmasına münasibət bildirib.

“Biz Şimali Kipr Türk Respublikası (KKTC) Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı ədalətli reaksiyasını tam dəstəkləyirik. ABŞ-ın KKTC-yə qarşı bölgədə atdığı müxtəlif sabitliyi pozan addımlar Kipr məsələsinin ədalətli, daimi və davamlı həllinə mane olur.” – deyə nazirliyin açıqlamasında bildirilib.

Türkiyə XİN qeyd edib ki, Türkiyə zamin dövlət olaraq öz tarixi və hüquqi məsuliyyətləri çərçivəsində Kipr türklərinin varlığını və təhlükəsizliyini təmin etməyə davam edəcək.

Xatırladaq ki, ABŞ 2024-cü maliyyə ili üçün Yunan Kiprinə qarşı tətbiq edilən silah embarqosunu ləğv edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər