Bakı. TurkicWorld:
Türkiyə ilə ABŞ arasındakı ticarət həcminin 100 milyard dollara çatması hədəflənir.
TurkicWorld-un məlumatına görə, AmCham Türkiyə (Amerika Şirkətləri Assosiasiyası) Bodrumda təşkil etdiyi tədbirdə üzv ABŞ şirkətlərini bir araya gətirib.
Türkiyədə fəaliyyət göstərən 125 ABŞ şirkəti təmsil edən dərnəyin təşkil etdiyi yığıncaqda iki ölkə arasında 200 ilə yaxın tarixə malik olan və günü-gündən inkişaf edən ticarət əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
AmCham Türkiyə sədri Tankut Turnaoğlunun ev sahibliyi etdiyi görüşün qonağı ABŞ-ın Ankaradakı səfiri Ceffri Flake və ABŞ-ın İstanbuldakı baş konsulu Julie Eadeh olub.
"Türkiyə ilə ABŞ arasında uzun müddətdir mövcud olan güclü əlaqələrin dünyanın ən mühüm və köklü strateji əlaqələri arasındadır və onların ikitərəfli iqtisadi əlaqələri 2023-cü ilin birinci yarısında sürətlənməyə davam edir. AmCham Türkiyə olaraq Türkiyə iqtisadiyyatına 60 milyard dollar töhfə verən 125 ABŞ şirkəti təmsil edirik və əsas məqsədimiz ölkəni qlobal bazarlara daşıyan bir güc olmaqdır",- deyə AmCham Türkiyə İdarə Heyətinin sədri Turnaoğlu qeyd edib.
Turnaoğlu bildirib ki, bu hədəfə uyğun olaraq, Türkiyə ilə ABŞ arasındakı ticarət həcminin 100 milyarda çatmasına töhfə verməyə davam edirik. Bugünkü görüşümüzdə bu hədəflərə çatmaq üçün "daha çox çalışmaq" iradəmizi açıq şəkildə nümayiş etdirdik.
"Artan ikitərəfli səfərlər və iş dünyasına sərmayə qoyuluşu, ticarət və ticarətə yönəlmiş tədbirlərlə yeni bir dövrə qədəm qoyuruq. ABŞ hökumətinin 15 may 2024-cü il tarixində Türkiyədə baş tutacaq ən mühüm ticarət tədbirlərindən biri olan "Ticarət Küləkləri 2024" bu yeni dövrün ən parlaq göstəricilərindən biridir”,- deyə AmCham Türkiyə sədri vurğulayıb.
Tankut Turnaoğlu Türkiyə ilə ABŞ arasında son 12 ayda ticarət həcminin 31,3 milyard dollar olduğunu, bunun 15,9 milyard dollarının ixrac, 15,4 milyard dollarının isə idxal olduğunu bildirib.
"Biz AmCham olaraq Türkiyənin regional mərkəz rolunu gücləndirmək üçün Mərkəzi Asiya və Qafqaz regionları ilə qarşılıqlı əlaqələrin inkişafına önəm veririk. Bu prioritet çərçivəsində iki ildir davam etdirdiyimiz “Qlobal Türklər” adlı layihəmizin tapıntıları da istedadı ortaya qoyur. Qlobal Türklər layihəmizin nəticələrini sentyabrın 18-də açıqlayacağıq. Bu tədbirdə Türkiyənin çoxmillətli Amerika şirkətləri üçün regional mərkəz olması məsələsini də müzakirə edəcəyik”, - Turnaoğlu qeyd edib.
ABŞ-ın Ankaradakı səfiri Ceffri Flake bildirib ki, Türkiyə böyük çətinliklər qarşısında dayanıqlı və qətiyyətli olmağa davam edəcək. Bu keyfiyyətlər Türkiyəni dünyanın bir çox yerindən fərqli edir və ABŞ Xarici Ticarət Müşavirliyinin 2024-cü ildə Ticarət Küləkləri üçün Türkiyəni seçməsinin səbəblərindən biridir. Bu tədbir ABŞ hökumətinin rəhbərlik etdiyi ən böyük kommersiya missiyası və biznesin inkişafı forumu kimi keçiriləcək.
"ABŞ-Türkiyə ticarət əlaqələri doğru yoldadır. ABŞ və Türkiyə arasında ikitərəfli ticarət, misli görünməmiş bir artım dövrü keçərək 2022-ci ildə 22 faiz artaraq 34 milyard dollara çatıb. İkitərəfli ticarətdəki bu təsirli artım ABŞ-Türkiyə münasibətlərinin gələcəyini də yaxşı əks etdirir. Siz hamınız ölkələrimiz arasında ticarətin inkişafındakı rolunuzla fəxr etməlisiniz”,- deyə səfir əlavə edib.
Aytac Süleymanova
Twitter: a_alieva_







