Bakı. TurkicWorld:
Mobil tətbiq vasitəsilə işləyən ilk İslam kartı “Tayyab” Türkiyədə xidmət göstərməyə başlayıb.
TurkicWorld xəbər verir ki, kart insanların bir sıra islami xərclərini qarşılamaq məqsədilə yaradılıb.
Məlumata əsasən, “Tayyab” dinindən asılı olmayaraq hər kəsin istifadə edə biləcəyi, ödənişlərinizi asanlıqla həyata keçirə biləcəyiniz müasir və etik həllər təklif edən kart xidmətidir.
Qeyd edək ki, digər banklar bütün səhm və investisiyalara icazə verdiyi halda, "Tayyab" İslam Maliyyə Təşkilatları üçün Mühasibat və Audit Qurumunun (AAOIFI) standartlarına uyğun gələn şirkətlərin səhmlərini almağa icazə verir.







