Türkiyə Afrikada dəmiryolu tikir

Türkiyə Afrikada dəmiryolu tikir

Bakı. TurkicWorld:

Afrikada Makala-Kampala dəmiryolu tikintisi layihəsini türk şirkəti öz üzərinə götürəcək.

TurkicWorld-un məlumatına görə, Afrikada Çinli bir şirkət tərəfindən tikiləcək olan Makala-Kampala dəmiryolu tikintisi layihəsindən Çin maliyyə səbəbiylə imtina edib. Dəmiryolu tikintisi layihəsini isə türk şirkəti öz üzərinə götürüb.

Çin şirkətinin maliyyə səbəbiylə imtina etdiyi Makala-Kampala dəmiryolu tikintisi layihəsi üçün Türkiyənin Yapı Merkezi tikinti şirkəti ilə əlaqə saxlanılıb. Xəttin tikintisinə bu ilin sonuna kimi başlanacaq. Bu dəmiryolu ilə bağlı layihənin maliyyələşdirilməsi üçün Qərb ölkələri ilə danışıqlar aparılacaq.

Qeyd edək ki, Türkiyənin Yapı Merkezi tikinti şirkəti 2 milyard dollar dəyərində, 202 kilometr uzunluğunda Dar es Salaam-Morogor, 1,9 milyard dollar, 409 kilometr uzunluğunda Moroqor-Makutupora və Efiopiyada 390 kilometr uzunluğunda AwashKombolcha-Hara Gebaya kimi 1,7 milyard dollar dəyərində nəhəng layihələr həyata keçirib.

Aytac Süleymanova

Twitter: a_alieva_