Son dəqiqə

Türkiyə ABŞ Rusiya ABŞ Dövlət Departamenti Taxıl Dəhlizi Sazişi

ABŞ Rusiyanı yenidən Taxıl Dəhlizi Sazişinə qoşulmağa məcbur etməkdə Türkiyənin rolunu dəstəkləyib

Bakı. TurkicWorld:

ABŞ Rusiyanı yenidən Taxıl Dəhlizi Sazişinə qoşulmağa məcbur etməkdə Türkiyənin rolunu dəstəkləyib.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller açıqlama verib.

M.Miller onu da bildirib ki, Türkiyə daha əvvəldən də Rusiyanı bu təşəbbüsü davam etdirməyə razı salmaqda çox konstruktiv olub.

Qeyd edək ki, avqust ayı ərzində Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Türkiyəyə səfəri baş tutacaq.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 17 iyul tarixində bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.

Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər