Son dəqiqə

Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi Türk Silahlı Qüvvələri

Türk ordusu İraqda terrorçulara məxsus çoxlu sayda silah-sursat ələ keçirib

Bakı. TurkicWorld:

Türk ordusu İraqın şimalında "Pəncə-Kilid" antiterror əməliyyatı çərçivəsində PKK terrorçularına məxsus çoxlu sayda silah-sursat ələ keçirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilir ki, terrorçulara aid 4 ədəd AK-47 silahlı, 10,8 min AK-47 sursatı, 720 ədəd 7,62 millimetrlik sursat, 120 ədəd DŞK ağır pulemyotunun sursatı, 11 ədəd DŞK lüləsi, 8 ədəd əl qumbarası və sair silah-sursat aşkarlanaraq ələ keçirilib.

Mövzuya görə xəbərlər