Hakan Fidan Macarıstana səfər edəcək

Hakan Fidan Macarıstana səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyə Xarici İşlər naziri Hakan Fidan iyulun 28-də Macarıstana rəsmi səfər edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumat üçün qeyd edək ki, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə keçirilən görüşdə ikitərəfli əlaqələr, Türkiyə - Avropa İttifaqı arasındakı əlaqələr müzakirə ediləcəyi gözlənilir.

Hafiz Rufizoğlu