Hakan Fidanla Çinin XİN başçısı arasında görüş keçirilib

Hakan Fidanla Çinin XİN başçısı arasında görüş keçirilib

Bakı. TurkicWorld:

Türkiyənin xarici işlər naziri Hakan Fidanla Çinin Mərkəzi Komissiyasının direktoru və xarici işlər naziri Vanq Yi arasında görüş keçirilib.

TurkicWorld xəbər verir ki, tərəflər ölkələr arasında ikitərəfli münasibətləri müzakirə edib.

Məlumata əsasən, Çinin XİN başçısının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi gözlənilir.

Qeyd edək ki, bu, 2021-ci ildən bəri Çin rəsmisinin Türkiyəyə ilk yüksək səviyyəli səfəridir.

Ləman Əsədli
Twitter: Lamanasadli01