Türkiyənin BAHA PUA-sı Afrikaya ixrac ediləcək

Türkiyənin BAHA PUA-sı Afrikaya ixrac ediləcək

Bakı. TurkicWorld:

Türkiyənin HAVELSAN müdafiə sənayesi şirkəti tərəfindən hazırlanan BAHA Pilotsuz Uçuş Aparatı Afrikaya ixrac ediləcək.

Bu barədə TurkicWorld-ə özəl olaraq Türkiyə hərbi saytından məlumat verilib.

"HAVELSAN şirkəti daha öncə bir neçə beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib. IDEF-23 Beynəlxalq Sərgisindən öncə həmin ölkələr Türkiyəyə dəvət edilərək PUA-ların müəyyən sınaqları həyata keçirilib. Qısa zamanda BAHA Pilotsuz Uçuş Apartı bir Afrika ölkəsinə göndəriləcək", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, HAVELSAN şirkəti bugün 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2023) “rəqəmsal birlik” konsepsiyası və onu təşkil edən pilotsuz hava, quru və dəniz nəqliyyat vasitələrini nümayiş etdirib.

HAVELSAN BAHA PUA-nın Ümumi Missiya İmkanları:

Təqib, Aşkarlama və Ərazi Mühafizəsi

Kəşfiyyat

Elektron Müharibə

Sahil və Sərhəd Təhlükəsizliyi

Enerji nəqli və neft-qaz xətlərinin yoxlanılması

Qaçaqmalçılıq və Terrorla Mübarizə

İctimai asayiş Narkotik Bitki aşkarlanması

Meşə yanğınlarının idarə edilməsi

Ətraf Mühitin Çirklənməsinin Aşkarlanması

Kənd Təsərrüfatı Tətbiqləri

Kartoqrafiya

Ləman Əsədli
Twitter: Lamanasadli01