İndoneziya ilə hər sahədə əlaqələrimizi gücləndirməyə davam edəcəyik - Hakan Fidan

İndoneziya ilə hər sahədə əlaqələrimizi gücləndirməyə davam edəcəyik - Hakan Fidan

Bakı. TurkicWorld:

İndoneziya ilə hər sahədə əlaqələrimizi gücləndirməyə davam edəcəyik.

TurkicWorld-un məlumatına görə, Türkiyənin xarici içlər naziri Hakan Fidan 5-ci ASEAN-Türkiyə Sektor Dialoq Tərəfdaşlığı Üçtərəfli Toplantısında iştirak etmək və ikitərəfli təmaslar aparmaq üçün İndoneziyanın paytaxtı Cakartaya səfər edib.

Səfər zamanı Hakan Fidan İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə birgə mətbuat konfransı keçirib.

Konfransda çıxış edən Fidan, nazir Mərsudinin dəvəti ilə İndoneziyada olmaqdan məmnun olduğunu bildirib. FETÖ-nün çevriliş cəhdindən 7 il keçdiyinə diqqət çəkən Türkiyənin xarici islər naziri, 15 iyulun Türkiyə tarixinin ən dəhşətli terror hadisələrindən biri olduğunu bildirib. Çevriliş cəhdi zamanı 251 vətəndaşın həyatını itirdiyini, 2 mindən çox insanın isə yaralandığını bildirən Fidan demokratiya, azadlıq və suverenlik uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini yad edib.

"İndoneziya Türkiyənin uzunmüddətli dostluq və əməkdaşlıq əlaqələri qurduğu strateji tərəfdaşıdır. Fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələlər zamanı İndoneziya köməyə gələn ilk ölkələr arasında idi. Bu səbəbdən , biz əlaqələrimizi yüksək qiymətləndiririk və onları mümkün olan hər sahədə gücləndirəcəyimizə ümid edirik”,- deyə Hakan Fidan qeyd edib.

Hakan Fidan əlavə edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan keçən il G20 sammitində iştirak etmək üçün Bali adasına səfəri zamanı Türkiyə ilə İndoneziya arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası qurulub.

"Bu, əlaqələrimiz üçün son dərəcə əhəmiyyətli bir mərhələ idi. Bu mexanizm problemlərin həlli üçün nəzərdə tutulub. Bugünkü ikitərəfli görüşdə sözügedən mexanizmin ilk iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, regional mövzular dəyərləndirilib, Əfqanıstan, Yaxın Şərq, Fələstin, Arakan və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT) islahatı kimi mövzular müzakirə edilib",- deyə Fidan vurğulayıb.

İqtisadi əlaqələrə də toxunan Hakan Fidan qeyd edib ki, keçən il ticarət dövriyyəmiz 45 faiz artıb. Hədəfimiz ticarət dövriyyəmizi 10 milyard ABŞ dollarına çatdırmaqdır. Tikinti, müdafiə sənayesi, maliyyə, texnologiya, nəqliyyat, enerji, turizm, aviasiya, mədəniyyət və təhsil sahələrində əlaqələrimizi və əməkdaşlıqlarımızı genişləndirmək üçün çalışacağıq.