Bakı. TurkicWorld:
Türkiyə və Yunanıstan yenidən yaxınlaşmaq niyyətindədir.
TurkicWorld-un məlumatına görə, bu barədə Yunanıstan Baş Naziri Kiriakos Mitsotakis NATO Sammiti çərçivəsində keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran zaman deyib.
“Bugünkü görüş həm mənim, həm də prezident Ərdoğanın Türkiyə-Yunanıstan əlaqələrinin bərpası ilə bağlı önümüzdəki aylarda necə hərəkət edəcəyimizi və yol xəritəsini izləyəcəyimizi bir daha ortaya qoydu. " – deyə o qeyd edib.
Mitsotakis bildirib ki, müsbət gündəm çərçivəsində iqtisadiyyat, enerji və mülki müdafiə kimi müxtəlif sahələrdə əməkdaşlıq ediləcək.
Məlumat üçün qeyd edək ki, Türkiyə-Yunanıstan münasibətlərindəki yaxınlaşmanın Türkiyənin də Aİ ilə yaxınlaşmasına kömək edəcəyi xüsusilə vurğulanıb.