Zelenski Türkiyəyə rəsmi səfər edib

Zelenski Türkiyəyə rəsmi səfər edib

Bakı. TurkicWorld:

Ukrayna prezidenti Volodimer Zelenski Türkiyəyə rəsmi səfər edib.

TurkicWorld-un məlumatına görə, prezidenti Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır və Haluk Bayraktar Zelenskini qarşılayıblar.

Qeyd edək ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutub.

Səfər çərçivəsində iki ölkə liderləri arasında məhdud və geniş tərkibdə danışıqlar planlaşdırılır.

Məlumat üçün qeyd edək ki, Ərdoğan və Zelenski Rusiya-Ukrayna münaqişəsi, taxıl müqaviləsi, eləcə də ikitərəfli münasibətləri müzakirə edəcəklər.