Son dəqiqə

Türkiyə NATO Finlandiya İsveç Türkiyə Milli Müdafiə Nazirliyi Yaşar Güler

İsveç müqavilədə qeyd olunan öhdəlikləri konkret şəkildə yerinə yetirərsə NATO-ya üzv ola bilər – Yaşar Güler

Bakı. TurkicWorld:

İsveç müqavilədə qeyd olunan öhdəlikləri konkret şəkildə yerinə yetirərsə Finlandiya kimi NATO-ya üzv ola bilər.

TurkicWorld-un məlumatına görə, bu haqda Türkiyənin Milli Müdafiə naziri Yaşar Güler deyib.

“İkitərəfli görüşlərimizdə müttəfiqlərimizə bəyan etdik ki, NATO-nun Açıq Qapı Siyasətini dəstəkləyirik. İsveç müqavilədə qeyd olunan öhdəlikləri konkret şəkildə yerinə yetirərsə, Finlandiya kimi NATO-ya üzv ola bilər." – deyə Güler qeyd edib.

Qeyd edək ki, iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək sammitdə İsveçin tamhüquqlu üzv kimi təsdiqlənməsi məsələsi gündəmdədir.

Mövzuya görə xəbərlər