Bayraktar KIZILELMA yüksək hündürlük testini uğurla tamamlayıb

Bayraktar KIZILELMA yüksək hündürlük testini uğurla tamamlayıb

Bakı, TurkicWorld:

Türkiyənin Baykar texnologiya şirkəti tərəfindən istehsal edilən ilk pilotsuz döyüş təyyarəsi KIZILELMA-nın yüksək hündürlük sisteminin identifikasiyası testi uğurla tamamlanıb.

TurkicWorld xəbər verir ki, Bayraktar KIZILELMA 15 iyun tarixində Tekirdağ vilayətində AKINCI Uçuş Tədris və Sınaq Mərkəzindən havaya qalxaraq 31 min fut yüksəklikdə həyata keçirilən sınağı tamamlayıb.

Məlumat üçün qeyd edək ki, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA 100% öz kapitalı ilə 2021-ci ildə istehsal edilib. "Bayraktar Kızılelma"-nın 14 dekabr 2022-ci ildə ilk uçuşu, 23 yanvar 2023-cü il tarixində isə ikinci uçuşu uğurla tamamlanıb.

Xatırladaq ki, 25 aprel tarixində "Bayraktar Kızılelma" və Pilotsuz Uçuş Aparatı "Bayraktar Akıncı" sınaq uçuşu zamanı ilk dəfə qol uçuşu həyata keçirib.

Bundan əlavə, 1 may tarixində dünyada ilk dəfə pilotsuz döyüş təyyarəsi "Kızılelma" ilə F-16 qol uçuşu həyata keçirib.

Ləman Əsədli
Twitter: Lamanasadli01