Bakı TurkicWorld
Bu gün Türkiyədə İsveç, Finlandiya və NATO nümayəndə heyətlərinin iştirakı ilə dördtərəfli görüş keçiriləcək.
TurkicWorld xəbər verir ki, müzakirələrdə Türkiyəni Prezidentin baş müşaviri Akif Çağatay Kılıç təmsil edəcək.
Qeyd edək ki, ötən ilin yanvarında İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyi qarşısında Quranın yandırılmasından sonra Ankaranın dayandırdığı danışıqlar mart ayında bərpa edilib.Ankara Finlandiyanın müraciətini təsdiq edərək İsveçə vetosunu davam etdirib.
Məlumata əsasən, Finlandiya və İsveç 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət edərək, Ukraynadakı hadisələrin onları bu addımı atmağa sövq etdiyini bildirib. Finlandiya bu ilin aprelində Alyansa rəsmi üzv olub. Türkiyə İsveçin üzvlüyünü hələ ki, təsdiqləməyib.
Mehriban Xəlilli
@MXalilbekova