Müxalifətin Türkiyə üçün həyata keçirdiyi heç bir faydalı layihə yoxdur - Fuat Oktay

Müxalifətin Türkiyə üçün həyata keçirdiyi heç bir faydalı layihə yoxdur - Fuat Oktay

Bakı, TurkicWorld:

Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğlunun istefası gözlənilən nəticədir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

"Müxalifətin Türkiyə üçün həyata keçirdiyi heç bir faydalı layihə yoxdur. Onlar ölkə üçün heç bir iş görə bilməyiblər və verdikləri vədlərin hər biri boş vədlərdir. Xalq bunu anladı və seçkilərdə qərarını verdi", - deyə F.Oktay qeyd edib.

Məlumat üçün bildirək ki, Rəcəb Tayyib Ərdoğan 52,16% səslə 28 may tarixində Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda qalib olub.

Ləman Əsədli
Lamanasadli01