Rəcəb Tayyib Ərdoğan Türkiyənin 13-cü prezidenti seçildi

Rəcəb Tayyib Ərdoğan Türkiyənin 13-cü prezidenti seçildi

Bakı. TurkicWorld:

Rəcəb Tayyib Ərdoğan Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda rəsmi şəkildə ölkənin 13-cü prezidenti seçilib.

TurkicWorld-un məlumatına görə, bunu YSK sədri Ahmet Yener bildirib.

Qeyd edək ki, sandıqların 99,8 faizinin açılması nəticəsində Rəcəb Tayyib Ərdoğan 52,14 faiz, Cumhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu isə 47,86 faiz səs toplayıb.