Türkiyə və Azərbaycan ortaq tarixə, mədəniyyətə və dilə malik qardaş ölkələrdir - Fuat Oktay

Türkiyə və Azərbaycan ortaq tarixə, mədəniyyətə və dilə malik qardaş ölkələrdir - Fuat Oktay

Bakı. TurkicWorld:

Türkiyə və Azərbaycan ortaq tarixə, mədəniyyətə və dilə malik qardaş ölkələrdir.

TurkicWorld xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105-ci ildönümü münasibətilə Azərbaycan səfirliyinin Ankarada təşkil etdiyi qəbulda bildirib.

Fuat Oktay türk dünyasının böyük mütəfəkkiri İsmayıl Qaspıralının "Dildə, fikirdə, əməldə birlik" prinsipini xatırladaraq deyib ki, Türkiyə ilə Azərbaycanın həmrəyliyi günü-gündən daha da güclənir və iki qardaş ölkə arasındak müttəfiqlik Şuşa bəyannaməsi ilə öz təsdiqini tapıb.

Vitse-prezident deyib ki, Türkiyə ilə Azərbaycan xarici siyasətdən müdafiə sənayesinə, iqtisadiyyatdan ticarətə, nəqliyyatdan enerjiyə, ətraf mühitdən kənd təsərrüfatına qədər bir çox sahədə əməkdaşlığını artırıb.