Azərbaycanlı deputatlar Türkiyədə seçkilərə hazırlıqla tanış olublar

Azərbaycanlı deputatlar Türkiyədə seçkilərə hazırlıqla tanış olublar

Bakı. TurkicWorld:

Milli Məclisin bir qrup deputatı Türkiyədə prezident seçkilərinin mayın 28-də keçiriləcək ikinci mərhələsinə hazırlıqla tanış olmaq üçün bu ölkədə səfər olublar.

TurkicWorld-un məlumatına görə, deputatlar Tahir Rzayev, Aydın Mirzəzadə, Rəşad Mahmudov, Sevil Mikayılova Antalya şəhərində prezident seçkilərinin ikinci turuna hazırlıq və prosesin gedişi ilə tanış olublar.

Səfər çərçivəsində nümayəndə heyətinin iştirakı ilə Azərbaycan Xalqlar dostluğu təşkilatının toplantısı keçirilib. Nümayəndə heyəti Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyini ziyarət edib, eyni zamanda Antalya valisi ilə də görüş baş tutub.

Qonaqlar AK Parti Antalya vilayət təşkilatının qərargahını ziyarət ediblər. Həmçinin Türkiyədə səfərdə olan nümayəndə heyəti Antalyada qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də görüşüblər.