Türkiyənin müxalifət partiyasından daha 450 nəfər istefa verərək AK Partiya sıralarına qatılıb

Türkiyənin müxalifət partiyasından daha 450 nəfər istefa verərək AK Partiya sıralarına qatılıb

Bakı TurkicWorld

Türkiyənin müxalifət Məmləkət Partiyasının Ordu vilayətinin başcısı sədri Mahir Akdere özü də daxil olmaqla 150 nəfərin partiyadan istefa verdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Ümumilikdə 450 nəfər Məmləkət Partiyasından istefa verərək AK Partiya sıralarına qatılıb.

Qeyd edək ki, daha öncə Məmələkət Partiyasından 13 may tarixində kütləviistefalar baş verib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Mehriban Xəlilli

@MXalilbekova