Bakı TurkicWorld
Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turuna xaricdəki nümayəndəlik və gömrüklərdə səs verən seçicilərin ümumi sayı açıqlanıb.
TurkicWorld xəbər verir ki, ümumilikdə səsverənlərin sayı 1 milyon 902 min 417 nəfərə çatıb.
Xaricdəki nümayəndəliklərdə səsvermə mayın 24-də başaçatsa da, gömrüklərdə isə bu proses mayın 28-i saat 17.00-a qədər davam edəcək.
Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turunda mayın 20-dən etibarən xaricdəki nümayəndəliklərdə və gömrüklərdə səsvermə prosedurlarına başlanılıb.
Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərinin ilk turu mayın 14-də keçirilibSeçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,5%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal
Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.
Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.
Mehriban Xəlilli