Kılıçdaroğlunun İpək yolu layihəsi Azərbaycanın milli dəyərlərinə ziddir - Tahir Rzayev

Kılıçdaroğlunun İpək yolu layihəsi Azərbaycanın milli dəyərlərinə ziddir - Tahir Rzayev

Bakı, TurkicWorld:

Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğlunun Azərbaycanı daxil etmədiyi İpək yolu layihəsi Azərbaycanın milli dəyərləri ilə ziddiyyət təşkil edir.

TurkicWorld DHA-ya istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasətkomitəsinin sədri Tahir Rzayev deyib.

T.Rzayev onu da qeyd edib ki, əgər bir prezident namizədi bu fikri bildirirsə, o, Türk birliyinə qarşıdır.

Qeyd edək ki, Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğlu özünün ən böyük layihəsi adlandırdığı İpək yolu layihəsinə Azərbaycanı daxil etməyərək bütün marşurutları İran üzərindən göstərib.

Ləman Əsədli

Twitter: lamanasadli01