Türkiyədə yerli hərbi təyyarənin prototipinin yığılmasına başlanılıb

Türkiyədə yerli hərbi təyyarənin prototipinin yığılmasına başlanılıb

Türkiyə beşinci nəsil yerli hərbi təyyarənin yaradılması layihəsinin icrasını davam etdirir.

Trend xəbər verir ki, təyyarənin prototipinin yaradılması üzərində iş Türk Havacılık və Uzay Sanayinin (TUSAŞ) mütəxəssisləri tərəfindən Türkiyə Müdafiə Sənayesi İdarəsi ilə koordinasiya əsasında aparılır.

Layihənin növbəti mərhələsi çərçivəsində 18 mart 2023-cü il tarixində anqardan çıxarılması planlaşdırılan prototip təyyarənin gövdəsi və qanadlarının quraşdırılmasına başlanılıb.

Ətraflı

Yerli hərbi təyyarənin prototipi beynəlxalq standartlara tam uyğun olacaq. Təyyarənin prototipinin yaradılması zamanı 6500-ə yaxın ehtiyat hissəsi və 30 müxtəlif alt sistem istifadə olunacaq.

Layihənin sonrakı mərhələləri 2029-cu ilə qədər həyata keçiriləcək.