Türkiyə Seulda baş verən faciəvi hadisə ilə bağlı Cənubi Koreyaya başsağlığı verib

Türkiyə Seulda baş verən faciəvi hadisə ilə bağlı Cənubi Koreyaya başsağlığı verib

Bakı. TurkicWorld:

Türkiyənin bazar günü Seulda Hellouin bayramının qeyd edilməsi zamanı izdihamda ölənlərlə bağlı Cənubi Koreyaya başsağlığı verib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

"Koreya Respublikasının paytaxtı Seulda izdiham nəticəsində çoxlu sayda insanın həlak olması, eləcə də yaralananlar barədə xəbəri dərin hüznlə aldıq", - deyə açıqlamada deyilir.

Türkiyə XİN həlak olanların ailələrinə, dost Koreya xalqına və hökumətinə başsağlığı verib və bütün yaralananların tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, Seulda Hellouin bayramı zamanı izdihamı nəticəsində ölənlərin sayı 153-ə çatıb.