
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Yaponiyaya səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.
Nazirlik bildirib ki, M.Çavuşoğlu Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin rəsmi dəfn mərasimində iştirak etmək üçün 26-27 sentyabr 2022-ci il tarixlərində Yaponiyaya səfər edəcək.
Nazirin səfər çərçivəsində Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa ilə də görüşü gözlənilir.