MÜSİAD-ın təşəbbüsü ilə Özbəkistanda Türkiyə-Özbəkistan İş Forumu keçirilib

MÜSİAD-ın təşəbbüsü ilə Özbəkistanda Türkiyə-Özbəkistan İş Forumu keçirilib

Bakı. TurkicWorld:

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşəbbüsü ilə Özbəkistanda Türkiyə-Özbəkistan İş Forumu keçirilib. Bu barədə TurkicWorld-ə MÜSİAD-dan bildirilib.

Məlumatna görə, Forumda Türk və Özbək iş adamları ilə yanaşı MÜSİAD prezidenti Mahmut Asmalı və Türkiyənin Özbəkistandakı səfiri Olgan Bekar, Özbəkistan Ticarət və Sənaye Palatasının rəhbərinin köməkçisi İslom Kazimoviç və MÜSİAD Özbəkistan rəhbəri Serdar Kelebek da iştirak edib.

Forumdan sonra, MÜSİAD Özbəkistana üzv olan Türk şirkətlərini ziyarət edən Asmalı onlardan layihələri haqqında məlumat alıb.

“Daşkəndin ən böyük investisiyalarından biri olan ‘Nest One’ layihəsi ilə tanış olaraq görülən işlər haqqında məlumatlandırıldıq.” – deyə Asmalı bildirib.

MÜSİAD Özbəkistan üzvü Yusuf Sarıkoçla rəhbərlik etdiyi Koç İnşaat şirkətində bir araya gələrək onun bölgədəki işləri və layihələri haqqında da məlumat alan Asmalı, daha sonra MÜSİAD üzvləri ilə ‘Həzrəti İmam Külliyesi’-ni ziyarət edib.