Son dəqiqə

Si Cinpin Çin Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Türkiye

Rəcəb Tayyib Ərdoğan Çinə səfər edib

BAKI, TurkicWorld, Zeynəb Raminqızı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Dövlət Başçıları Şurasının Zirvə Toplantısında iştirak etmək üçün Çinə səfər edib.

TurkicWorld xəbər verir ki, Ərdoğanı Esenboğa hava limanında vitse-prezident Cevdet Yılmaz, Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər yola salıblar.

Ərdoğan Çinin Tianjin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammitində iştirak edəcək.

Prezident Ərdoğan səfər çərçivəsində sentyabrın 1-i bazar ertəsi keçiriləcək genişləndirilmiş Zirvə toplantısında çıxış edəcək.

Ərdoğan başda həmkarı Si Cinpin olmaqla digər liderlərlə də ikitərəfli görüşlər keçirəcək.

Mövzuya görə xəbərlər