Azərbaycan Türkiyə Qazaxıstan Türk dünyası Özbəkistan Qırğızıstan Səhiyyə Nazirliyi Teymur Musayev Türk Dövlətləri Təşkilatı (TDT) Kemal Memişoğlu

Türk Dövlətləri Təşkilatının Səhiyyə Nazirləri Qazaxıstanda toplanıb

BAKI,TurkicWorld

Türk Dövlətləri Təşkilatı (TDT) Səhiyyə Nazirlərinin 5-ci Toplantısı Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilib.

TurkicWorld AzerVoice- ə istinadən xəbər verir ki, görüşə ev sahibliyi edən Qazaxıstanın Səhiyyə Naziri Akmaral Alnazarovanın dəvəti ilə tədbirdə Azərbaycan Səhiyyə Naziri Teymur Musayev, Türkiyə Səhiyyə Naziri Kemal Memişoğlu, Qırğızıstan Səhiyyə Naziri Erkin Çeçeybayev, Özbəkistan Səhiyyə Naziri Asilbek Hudayarov və digər yüksək səviyyəli rəsmilər iştirak edib.

Açılışda çıxış edən Alnazarova, TDT ölkələri arasında səhiyyə sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, 2025-ci ilin “Birinci Addım Səhiyyə Xidmətləri İli” elan edilməsini təklif edib.

İclasda çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev ilk növbədə ötən il dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçuş edən “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğradığı zaman zərərçəkənlərin xilas etməsi üçün köməklik göstərən Qazaxıstanın Səhiyyə Nazirliyi və digər dövlət orqanlarının əməkdaşlarına, həmçinin köməkliyini əsirgəməyən qardaş ölkənin vətəndaşlarına təşəkkürünü bildirib.

"Qazaxıstanlı qardaş və bacılarımızın göstərdikləri həmrəylik Azərbaycan xalqının qəlbində böyük iz buraxıb"- deyə Musayev vurğulayıb.

Toplantıda çıxış edən Türkiyə Səhiyyə Naziri Kemal Memişoğlu, Türk dünyasının ortaq tarix və mədəniyyətlə bir ailə olduğunu qeyd edərək, TDT çərçivəsində səhiyyə sahəsində ortaq layihələrin inkişaf etdirilməsinə böyük önəm verdiklərini bildirib.

Memişoğlu, Türkiyənin uzun illər ərzində həyata keçirdiyi səhiyyə islahatları ilə birinci basamak səhiyyə xidmətlərində mühüm nailiyyətlər qazandığını vurğulayıb.

Mövzuya görə xəbərlər