Bakı, TurkicWorld
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kabıdan Qroznıya uçan təyyarənin Aktauda qəzaya uğramasının araşdırılması üçün komissiyanın yaradılması barədə tapşırıq verib.
TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.
Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kilometr məsafədə qəzaya uğrayıb. "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub.