Son dəqiqə

Türk Dövlətləri Təşkilatı (TDT)

Bişkekdə Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Toplantısı keçiriləcək

Bakı,TurkicWorld

Bu il noyabrın 6-da Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) növbəti on birinci Zirvə Toplantısı keçiriləcək.

TurkicWorld xəbər verir ki, qarşıdan gələn Zirvə toplantısının mövzusu “Türk dünyasının gücləndirilməsi: İqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik”dir.

Ölkələrin liderləri çoxtərəfli əməkdaşlığın gələcək inkişafını müzakirə edəcək. Təşkilatın cari gündəliyində duran cari məsələlər üzrə qərarlar qəbul edəcək, həmçinin bir sıra çoxtərəfli sənədlər, o cümlədən Sammitin yekun Bəyannaməsini imzalayacaqlar.

Sammitdən sonra 2025-ci il üçün Türk Dövlətləri Təşkilatına sədrlik Qırğızıstan Respublikasına keçəcək.

Qırğızıstan Respublikasının Təşkilatda qarşıdan gələn sədrliyi zamanı üzv dövlətlər arasında əlaqələrin gücləndirilməsi, iqtisadi artım üçün yeni imkanların yaradılması və regionda həyat səviyyəsinin yüksəldilməsi məqsədilə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

İclasda təşkilata üzv olan beş dövlətin - Türkiyə Respublikası, Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Özbəkistan Respublikasının başçıları, eləcə də Təşkilatın müşahidəçi ölkələrinin rəhbərləri iştirak edəcəklər.

Mövzuya görə xəbərlər