Bakı, TurkicWorld
Türkmənistanla uzun müddətdir davam edən yaxşı əlaqələrimiz elektrik enerjisi sahəsində atacağımız yeni addımlarla daha da irəliyə gedəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar sosial media hesabındakı paylaşımında deyib.
O, enerji sahəsində əməkdaşlığın artırılması üçün Türkmənistanla danışıqlar aparıldığını açıqlayıb.
Bayraktar, Aşqabad səfəri çərçivəsində energetika naziri Annageldi Saparov və Türkməngeologiya prezidenti Qurbangəldi Qarlyevlə görüşüb.
Bayraktar bildirib ki, Qarlyevlə görüşdə təbii qaz sahəsində mövcud əməkdaşlığa mədən sahəsini əlavə etmək üçün atılacaq addımları dəyərləndiriblər.
“İnanıram ki, təbii qazda olduğu kimi mədənçıxarma sahəsində də birgə çalışaraq hər iki ölkəyə fayda verəcək layihələri həyata keçirəcəyik.” – deyə o qeyd edib.
Hafiz Rufizoğlu