Sadır Japarov Astanaya rəsmi səfər edib

Sadır Japarov Astanaya rəsmi səfər edib

Bakı,TurkicWorld

Qırğızıstan Prezidenti Sadır Japarov bu gün Qazaxıstana rəsmi səfər edib.

TurkicWorld xəbər verir ki,Prezident Sadır Japarovun Qazaxıstana rəsmi səfəri çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə ikitərəfli danışıqların aparılması planlaşdırılıb.

Japarov Qırğızıstan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının altıncı iclasında və Astanada Qırğızıstanın “Manas” eposunun qəhrəmanının abidəsinin açılış mərasimində iştirak edəcək.