Ərdoğan Pakistanın baş naziri ilə regional məsələləri müzakirə edib

Ərdoğan Pakistanın baş naziri ilə regional məsələləri müzakirə edib

Bakı. TurkicWorld:

Ərdoğan Pakistanın baş naziri Şahbaz Şəriflə regional məsələləri müzakirə edib.

TurkicWorld-un məlumatına görə, iki lider arasında telefon danışığı baş tutub.

Görüşdə Türkiyə-Pakistan əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Şahbaz Şərifi yenidən baş nazir seçilməsi münasibətilə təbrik edib və yeni dövrdə Türkiyə ilə Pakistan arasında əlaqələrin daha da dərinləşəcəyinə və inkişaf edəcəyinə inandığını bildirib.

O, Pakistanda törədilən terror aktlarını pislədiyini bildirib və Pakistan xalqına başsağlığı verib.

Hafiz Rufizoğlu