Son dəqiqə

ABŞ Kipr Şimali Kipr Türk Respublikası

ABŞ-ın Yunan Kiprinin silahlanmasına dəstək verən mövqeyi qəbul edilməzdir – KKTC XİN

Bakı. TurkicWorld:

ABŞ-ın Yunan Kiprinin silahlanmasına dəstək verən mövqeyi qəbul edilməzdir.

TurkicWorld-un məlumatına görə, bu barədə Şimali Kipr Türk Respublikasının (KKTC) Xarici İşlər Nazirliyi bildirib.

"Bütün səylərimizə baxmayaraq, ABŞ administrasiyasının Adada incə tarazlığı pozmaq bahasına Kipr Rum tərəfinin silahlanmasına dəstək verən mövqeyinin daha da güclənəcəyini qəbul etmək mümkün deyil. Rum tərəfinin bir çox ölkə ilə hərbi əməkdaşlığını artırdığı bir vaxtda ABŞ administrasiyasının adanın və bölgənin sabitliyinə sadiqliyi, buna verdiyi önəmlə bağlı səmimiyyətini bir daha şübhə altına aldı." – deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, ABŞ 2024-cü maliyyə ili üçün Yunan Kiprinə qarşı tətbiq edilən silah embarqosunu ləğv edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər