...

Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi layihəsi 2024-cü ilə qədər tamamlanacaq - Gürcüstanın baş naziri

Nəqliyyat Digər xəbərlər 22 Yanvar 2023 17:00
Bakı Trend Atilla Caner
Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi layihəsi 2024-cü ilə qədər tamamlanacaq - Gürcüstanın baş naziri

Bakı. Trend:

Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi layihəsi 2024-cü ilə qədər tamamlanacaq

Trend-in məlumatına görə, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Davosda keçirilən Dünya İqtisadi Forumunda "Avrasiya Orta Dəhlizi: Yoldan Magistral yola" mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.

"Gürcüstanla Azərbaycan arasında etibarlı tərəfdaşlıq zamanla sınaqdan çıxıb. Biz birlikdə neft və qaz kəmərləri kimi çox mühüm tarixi layihələri həyata keçirmişik və indi də nəqliyyat sektorunda bunu gözləyirik", - o deyib.

Baş nazirin sözlərinə görə, Azərbaycan və Gürcüstanı dəmir və avtomobil yolları birləşdirir və Bakı-Tbilisi-Qars dəmir yolu bu baxımdan iki ölkə üçün strateji əhəmiyyətli nəqliyyat layihəsidir.

"Hazırda biz dəmir yolunun modernləşdirilməsi layihəsini həyata keçiririk ki, bu layihə 2024-cü ilə qədər yükdaşıma qabiliyyətini 48 milyon tona çatdıracaq. Azərbaycanla birgə həyata keçirilən layihə hazırda davam edən Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsidir. Ən son olaraq, Azərbaycan bu layihəyə əlavə maliyyə ayırıb. Biz onun da 2024-cü ilə qədər hazır olacağını gözləyirik. Bu, yükdaşımaların 5 milyon tona qədər artırılmasını təmin edəcək", - Qaribaşvili əlavə edib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti