AZAL gələn həftədən Bakı-Daşkənd-Bakı istiqaməti üzrə uçuşların sayını artırır.

AZAL gələn həftədən Bakı-Daşkənd-Bakı istiqaməti üzrə uçuşların sayını artırır.

Bakı. TurkicWorld:

“Azərbaycan Hava Yolları” iyulun 25-dən başlayaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan Özbəkistanın paytaxtına həftədə 3 dəfə uçuşlar yerinə yetirməyə başlayacaq.

AZAL-dan TurkicWorld-ə verilən məlumata görə, qeyd edilən tarixdən etibarən Bakı-Daşkənd-Bakı marşrutu üzrə aviareyslər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Biletləri aviaşirkətimizin saytında və kassalarda əldə edə bilərsiniz.