Son dəqiqə

BTQ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

BTQ-nin qlobal əhəmiyyəti getdikcə artmaqdadır - Rəcəb Tayyib Ərdoğan

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol xəttinin qlobal əhəmiyyəti getdikcə artmaqdadır.

TurkicWorld-un məlumatına görə, bunu cümə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nəqliyyat və Rabitə Şurasının iclasında deyib.

R.T.Ərdoğan qeyd edib ki, nəqliyyat və rabitə sahəsində ciddi işlər görülür və müsbətə doğru xeyli dəyişikliklər baş verir.

Türkiyə Prezidenti bildirib ki, BTQ-nin qlobal ticarət sahəsində alternativ xətt olaraq önəmi daha da güclənir:

"BTQ dəmir yolu xəttinin sayəsində Qərbi Avropadan uzaq Asiyanın ən ucqar nöqtəsinə qədər fasiləsiz qatar səfərinin həyata keçməsi reallığa çevrilib. Əlimizdəki resurslardan istifadə edərək bu imkanları daha da genişləndiririk. Biz bu layihələrdən hər kəsin faydalanmasını istəyirik”.

Qeyd edək ki, 2007-ci il fevralın 7-də Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair Saziş imzalanıb. Asiyadan Avropaya birbaşa, təhlükəsiz və effektiv yük daşınmasını təmin edən dəmir yolu xətti 2017-ci il 30 oktyabr tarixində istismara verilib. İstismara verildiyi gündən 2021-ci ilin ortalarınadək bu dəmir yolu xətti ilə daşınılan yük dövriyyəsinin həcmi 1 milyon tonu keçib.

Mövzuya görə xəbərlər