BAKI,TurkicWorld
Bakı Təşəbbüs Qrupu son iki ildə qlobal dekolonizasiya prosesinin təşviqində nümunəvi fəaliyyət göstərib.
TurkicWorld xəbər verir ki, bu barədə Bunu Bakı Təşəbbüs Qrupundan (BTQ) məlumat verilib.
Qrupun icraçı direktoru Abbas Abbasov “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.
Müstəqillik hərəkatlarının müstəmləkəçiliyə qarşı apardığı mübarizəyə BTQ-nin dəstəyini ifadə edən icraçı direktor deyib: “Son iki il ərzində 35-dən çox beynəlxalq konfrans və tematik tədbir təşkil etmişik, təxminən 150 tədqiqat aparmışıq, 40-dan artıq hesabat və üç kitab nəşr etdirmişik. Birləşmiş Millətlər Təşkilatına və onun qurumlarına alternativ hesabatlar və bəyanatlar təqdim etmişik”.
A.Abbasov əminliyini ifadə edib ki, Bakı Təşəbbüs Qrupu ilə müstəqillik hərəkatları arasında uğurlu əməkdaşlıq nəticəsində xarici ərazilərin və hələ də müstəmləkə idarəçiliyi altında əziyyət çəkən regionların dekolonizasiyası istiqamətində mühüm nəticələr əldə olunacaq.







