Son dəqiqə

Ağdam Bərdə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti

Bərdə-Ağdam dəmir yolu xəttində yenidənqurma işlərinin 70 faizi tamamlanıb

Bakı. TurkicWorld:

Tarixi Bərdə-Ağdam dəmir yolu xəttində yenidənqurma işləri sürətlə davam etdirilir.

TurkicWorld “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadla xəbər verir ki, uzunluğu 47,1 kilometr olan yolun 90 faiz layihələndirilməsi yerinə yetirilib.

Uzunölçülü relslər 100 faiz quraşdırılıb, 128 mühəndis qurğusunun tikintisi başa çatdırılıb, onlardan 2-si müxtəlif ölçülü körpülərdir.

Ümumilikdə tikinti işlərinin 70 faizi tamamlanıb və layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.

Mövzuya görə xəbərlər