Bakı, TurkicWorld
1816 İndiana 19-cu ştat olaraq ABŞ-a qoşuldu.
1927 Şərq vilayətlərində Birinci Baş Müfəttişliyin yaradılması qərara alındı; İbrahim Tali bəy (Öngören) müfəttiş təyin edildi.
1936 VII. Edvard taxtdan imtina etdiyini elan etdi.
1941 Adolf Hitler və Benito Mussolininin bəyanatı ilə Almaniya və İtaliya ABŞ-a müharibə elan etdilər.
1946 Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) yaradıldı.
1949 Birləşmiş Millətlər Təşkilatı fələstinli qaçqınların öz torpaqlarına qayıtmaq hüququnu tanıdı.
1962 Türkiyədə Milli Təhlükəsizlik Şurasının Baş Katibliyi yaradıldı.
1964 Che Guevara Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış etdi.
1993 Türkiyənin Bağdad səfirliyinin inzibati attaşesi (təhkim edilmiş) Çağlar Yücel Bağdadda avtomobilinə silahlı basqın nəticəsində şəhid oldu.
1994 Rusiya birtərəfli qaydada müstəqilliyini elan edən Çeçenistana yüzlərlə tank və əsgərlə daxil oldu.
1999 Avropa İttifaqının Dövlət və Hökumət Başçılarının Sammiti başa çatdı.
2001 Çin Xalq Respublikası Ümumdünya Ticarət Təşkilatına üzv oldu.
2004 İstanbul Müasir İncəsənət Muzeyi açıldı.
2009 Demokratik Cəmiyyət Partiyası, Konstitusiya Məhkəməsinin qərarı ilə bağlandı.