Bakı. TurkicWorld
1492 Kristofer Kolumb Haiti’ni kəşf etdi.
1904 Yaponlar Port Arturda rus donanmasını məhv etdilər.
1920 Türkiyə Böyük Millət Məclisində "Anadolu və Rumeli Müdafiə Hüquq Qrupu" yaradıldı; Mustafa Kamal qrup sədri seçildi.
1921 Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı İrlandiyanın inqilabçı qrupu Sinn Fein ilə razılaşma əldə etdi və İrlandinın cənubu müstəqil dövlət elan edildi.
1927 Türkiyə Cümhuriyyətinin Vaşinqtondakı ilk səfiri Əhməd Muxtar bəy etimadnaməni təqdim etdi.
1927 Cümhuriyyət dövrünün ilk kağız pulları dövriyyəyə buraxıldı. 7 müxtəlif nominalda buraxılmış əskinaslar: 1, 5, 10, 50, 100, 500 və 1000 lirəlik əskinaslar köhnə türk və fransız dillərində çap edilib.
1932 Almaniyada anadan olan isveçrəli fizik Albert Eynşteyn Amerika vizası alıb.
1934 Türkiyədə qadınlara millət vəkili seçmək və seçilmək hüququ verən qanun qəbul edildi.
1941 Böyük Britaniya; Finlandiya, Macarıstan və Rumıniyaya müharibə elan etdi.
1942 Ərbaa və Niksarda meydana gələn zəlzələdə 500 adam öldü.
1945 Bermud üçbucağında bir təyyarə itdi.
1950 Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi Koreyadakı əsgərlərin 10%-nin öldüyünü açıqladı. Radio qəzetinin məlumatına görə, 150 əsgər ölüb, 150-si itkin düşüb, 200-dən 300-ə qədəri yaralanıb.
1951 Beynəlxalq Miqrasiya Təşkilatı yaradıldı. Onun ilk adı Müvəqqəti Hökumətlərarası Miqrasiya Komitəsi idi.
1957 Sukarno bütün hollandları İndoneziyadan deportasiya etdi.
1978 Sovet Sosialist Respublikaları İttifaqı Əfqanıstanla 20 illik dostluq müqaviləsi imzaladı.
1981 Türkiyə Milli Basketbol Komandası Sofiyada Yunanıstanı 93-80 hesabla məğlub edərək Balkan Çempionu oldu.
2002 Osloda keçirilən sülh danışıqlarında Şri-Lankada 19 illik müharibədən sonra tamil partizanları ilə hökumət arasında federal hakimiyyətin bölüşdürülməsində irəliləyiş əldə edildi.
2003 Rusiyanın cənubunda kamikadzelər qatara hücum etdilər: ən azı 46 nəfər öldü.