Son dəqiqə

Tarixdə bu gün

Tarixdə bu gün - 31 oktyabr

Bakı, TurkicWorld

475 Romulus Augustus Roma İmperatoru elan edildi.

1517 Martin Lüter, Vittenberqdə 95 tezini kilsə qapısına asaraq Protestantlığı elan etdi.

1831 "Təqvim-i Vəqayi" nəşrə başladı.

1864 Nevada, ABŞ-ın 36-cı ştatı oldu.

1876 Hindistanda böyük qasırğa: 200.000-dən çox insan həlak oldu.

1892 Ser Artur Konan Doyl, Şerlok Holmsun macəralarını nəşr etməyə başladı.

1918 Cənub-Şərqi Avropada Banat bölgəsində qısa ömürlü Banat Respublikası quruldu.

1919 Sütçü İmam, Kahramanmaraşda Fransız işğalçılara ilk gülləni atdı.

1922 Mussolini İtaliyanın Baş naziri oldu.

1924 Mustafa Kamal Paşa, Cümhuriyyətin birinci ildönümündə, "Türk millətinin təbiət və adətlərinə ən uyğun olan idarə, cümhuriyyət idarəsidir" dedi.

1926 ABŞ-lı məşhur illüziyaçı Harri Houdini apandisit nəticəsində yaranan qarın zarı iltihabı və qanqren səbəbiylə öldü.

1951 Piyada keçidi xətləri ilk dəfə İngiltərənin Berkşir şəhərində istifadə edilməyə başlandı.

1952 ABŞ, ilk hidrogen bombasını Marşal adalarında sınaqdan keçirdi.

1954 Əlcəzair Milli Qurtuluş Cəbhəsi Fransız idarəsinə üsyan edərək Əlcəzair Müstəqillik Müharibəsini başlatdı.

1956 Süveyş böhranı İngiltərə və Fransa, Süveyş Kanalının yenidən açılmasını təmin etmək üçün Misiri bombalamağa başladı.

1961 Sovetlər Birliyində İosif Stalinin tabutu Leninin məqbərəsindən başqa bir yerə köçürüldü.

1963 Hərbi Ali Məhkəmə Talat Aydəmir, Fethi Gürcan, Osman Deniz və Erol Dinçerin edamını təsdiqlədi.

1963 50-ci dəfə milli formanı geyən Fenerbahçeli futbolçu Lefter Küçükandonyadisə şərəf medalı verildi.

1967 Kipr Türklərinin Rum çetələrinin hücumlarına məruz qaldığı günlərdə Rauf Denktaş gizlicə adaya daxil oldu.

1970 Türkiyə İşçi Partiyasının Böyük Qurultayı Behice Boranı partiyanın sədri seçdi.

1972 Eskişehir yaxınlığında bir sərnişin qatarı ilə yük qatarı toqquşdu, 30 nəfər öldü, 60 nəfər yaralandı.

1984 Hindistanın baş naziri İndira Qandi, iki sikh təhlükəsizlik işçisi tərəfindən həyata keçirilən sui-qəsd nəticəsində öldürüldü. İsyanlarda təxminən 2.000 günahsız sikh öldürüldü.

1989 Turgut Özal, 263 səslə Türkiyənin 8-ci prezidenti seçildi.

1992 Türkiyə Silahlı Qüvvələri, İraqın şimalındakı PKK bazası Haftanin düşərgəsini ələ keçirdi.

1992 Vatikan, dünyanın Günəşin ətrafında döndüyünü söyləyən Qalileyin haqlı olduğunu qəbul etdi.

1994 ABŞ-a məxsus bir sərnişin təyyarəsi İndianada düşdü 68 nəfər öldü. / Türkiyə İstanbul Bilgi Universiteti quruldu.

1996 Braziliyaya məxsus bir sərnişin təyyarəsi San-Pauloda düşdü 98 nəfər öldü.

1997 Milli Təhlükəsizlik Şurasının iclasında, 18 noyabr 1992-ci il tarixli sənədin əvəzinə yenidən hazırlanan Milli Təhlükəsizlik Siyasəti Sənədi qəbul edildi.

1998 İraq, BMT-nin silah müfəttişləri ilə əməkdaşlıq etməyəcəyini açıqladı.

1999 Nyu-Yorkdan Qahirəyə gedən Misir Hava Yollarına məxsus sərnişin təyyarəsi Massaçusets sahillərində düşdü 217 nəfər öldü.

2000 Sinqapur Hava Yollarına məxsus Boeing 747 tipli bir sərnişin təyyarəsi uçuş zamanı düşdü 83 nəfər öldü.

2000 Antonov tipli bir sərnişin təyyarəsi havaya qalxan kimi şimal Anqolada partladı 50 nəfər öldü.

2000 Yatağan İstilik Elektrik Stansiyası ətrafında hava çirkliliyi həddindən artıq keçdi, stansiyanın 3 bölməsi dayandırıldı və bölgə sakinlərinə "çölə çıxmayın" çağırışı edildi.

2010 Taksimdə bomba partladı. Taksim Meydanında növbədə olan çevik qüvvət komandasına hücum edildi.

2011 Rəmzi olaraq dünyanın 7 milyardıncı insanının doğulduğu qəbul edildi.

2020 44 günlük vətən müharibəsi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibə verib.

Mövzuya görə xəbərlər