1 Avqust tarixində dünyada nələr baş verib?

1 Avqust tarixində dünyada nələr baş verib?

Bakı. TurkicWorld:

1 Avqust tarixində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.

Xüsusi günlər:

01/08/1326 - İlk Osmanlı hökmdarı Osman bəy vəfat edib.

01/08/1571 - Lalə Mustafa Paşa Venesiya Respublikasına aid olan Kipr adasını fəth edib.

01/08/1773- Dəniz Hərbi Kolleci (Tersane Hendesehanesi) Əlcəzairli Həsən Paşa tərəfindən İstanbul Kasımpaşada açılıb.

01/08/1933 - İstanbul Üniversiteti təsis olunub.

01/08/1950 - Türkiyə NATO-ya müraciət edib.

01/08/1958 - Kiprdə Türk Müqavimət Təşkilatı yaradılıb.

01/08/1971 - Türk Sənaye və İş Dünyası Dərnəyi (TÜSİAD) qurulub.

01/08/2001 - Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür! Dili, ilk növbədə, onun daşıyıcısı olan xalq yaşadır. Dilin dövlət dili statusu alması isə təkcə xalqdan, millətdən, yaradıcı ziyalılardan asılı məsələ deyil. Tarix dönə-dönə sübut edib ki, dilin inkişafı milli müstəqillik ideyalarına sadiq olan, siyasi iradəsi və qətiyyəti ilə xalqının tarixinə daxil olan liderlərin adı ilə sıx bağlıdır.

Tarixdən məlum olduğu kimi, Cümhuriyyət dövründə (1918) Azərbaycan dili rəsmi dövlət dili elan edilsə də, real tarixi şərait üzündən uzunömürlü olmayıb. Sovet dövründə isə yalnız 1956-cı ildə Ali Sovetin qərarı ilə respublika Konstitusiyasına Azərbaycan dili haqqında maddə əlavə edilib. Ulu öndər Heydər Əliyevin qətiyyəti və prinsipiallığı sayəsində 1978-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dili respublikada dövlət dili kimi təsbit edilib.

Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra, 1991-ci ilin dekabrında Azərbaycanda latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul edildi, amma icrası illərlə uzandı. Prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən, bu proses başa çatdı. 2001-ci ilin 1 avqustunda ölkə ərazisində bütün idarə-müəssisələr, təşkilatlar, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçdi.

2001-ci ilin 9 avqustunda Prezident Heydər Əliyev 1 avqust tarixinin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzalayıb.

01/08/2014 - İstanbul Konvensiyası qüvvəyə minib. Avropa Şurasının qadınlara qarşı şiddətə və məişət zorakılığına qarşı 11 may 2011-ci ildə İstanbulda imzalanan insan hüquqları müqaviləsidir. Konvensiya şiddətin qarşısının alınması, qurbanların qorunması və cinayətkarların cəzasızlığına son qoymağı hədəfləyir. 2019-cu ilin mart ayından etibarən 45 ölkə və Avropa Birliyi tərəfindən imzalanıb. 12 mart 2012-ci ildə Türkiyə konvensiyanı təsdiqləyən ilk ölkə olub.