20 İyun tarixində dünyada nələr baş verib?

20 İyun tarixində dünyada nələr baş verib?

Bakı. TurkicWorld:

20 İyun tarixində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.

Xüsusi günlər

20/06/404 - İğtişaşlar zamanı Ayasofya yandırılıb.

20/06/1481 - Cem Sultan Yenişehir düzündə Bəyazidlə gedən taxt müharibəsinə məğlub olub.

20/06/1837 - Kraliça Viktoriya, Britaniya taxtına 18 yaşında çıxıb. O, taxtda 63 ildən çox qalaraq, ən uzun müddət hakimiyyətdə olan Britaniya kraliçası olub.

20/06/1840 - Samuel Morse teleqrafı patentləşdirib.

20/06/1863 - Qərbi Virciniya ABŞ-nin 35-ci ştatı olub.

20/06/1877 - Alexander Graham Bell, Kanadanın Ontario ştatının Hamilton şəhərində dünyanın ilk kommersiya telefon xidmətini işə salıb.

20/06/1884 - Türkiyədə İnşaat Mühəndisliyi Məktəbi yaradılıb.

20/06/1960 - Mali və Seneqal müstəqilliklərini elan ediblər.

20/06/1961 - Türkiyənin ilk nanəli siqareti Çamlıca satışa çıxarılıb.

20/06/1976 - Çexoslovakiya milli futbol komandası UEFA Avropa Çempionatını qazanıb.

20/06/1991 - Almaniya parlamenti ölkənin paytaxtının Bonndan Berlinə köçürülməsinə qərar verib.

20/06/1995 - Azərbaycan və Mozambik arasında diplomatik əlaqələr qurulub.