
Bakı. TurkicWorld:
15 İyun tarixində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.
Xüsusi günlər
15/06/1381 - Britaniya tarixində ilk böyük kəndli üsyanı, onun lideri Uot Taylerin ölümü ilə başa çatıb.
15/06/1667 - İnsana ilk qanköçürmə Jan-Baptist Denis tərəfindən həyata keçirilib.
15/06/1752 - Benjamin Franklin uçurtma üzərində apardığı təcrübə ilə ildırımın elektrik cərəyanı olduğunu sübut edib.
15/06/1826 - Sultan II Mahmud Yeniçəri korpusunu ləğv edib. Onun yerinə “Asakir-i Mansurey-i Muhammediye” adı ilə yeni bir hərbi təşkilat qurulub. Bu hadisə Osmanlı tarixində “Vaka-i Hayriye” (Xeyirli hadisə) kimi tanınıb.
15/06/1865 - Türkiyədə kasıb və kimsəsizlərin təhsili üçün Darüşşafaka yaradılıb.
15/06/1876 - Osmanlı baş vəziri və dövlət xadimi Hüseyn Avni Paşa vəfat edib.
15/06/1888 - II. Vilhelm Almaniya imperatoru olub.
15/06/1901- Azərbaycan jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev vəfat edib.
15/06/1911 - "Computing Tabulating Recording Corporation" adlı şirkət qurulub və sonradan IBM adlandırılıb.
15/06/1925 - Türk şairi, yazıçısı, jurnalisti və redaktoru Attila İlhan anadan olub.
15/06/1927 - Türkiyənin ilk müasir ruh və psixiatriya xəstəxanası olan Bakırköy Ruh və Əsəb Xəstəxanası istifadəyə verilib.
15/06/1942 - Şişlidə Atatürkün yaşadığı ev, muzeyə çevrilib.
15/06/1950 - Qərbi Almaniya Avropa Şurasına daxil olmağa qərar verib.
1954 - UEFA qurulub.
15/06/1977 - İspaniyada 41 ildən sonra ilk seçkilər keçirilib.
15/06/1990 - İstanbulda ilk dəfə olaraq süni mayalanma yolu ilə uşaq dünyaya gəlib.
15/06/1994 - İsrail və Vatikan tam diplomatik münasibətlərə dair razılaşma əldə ediblər.
15/06/1995 - Kompüter əsrinə başladan Con Vinsent Atanasoff vəfat edib.
15/06/2021 - Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanıb.