Bakı. TurkicWorld:
Azərbaycan təhsil işçilərindən Türkiyəyə 300 milyon lirədən çox yardım toplanıb.
Elm və Təhsil Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, bu ilin fevral ayında qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar təhsil işçiləri Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşəbbüsü ilə başlanan könüllü yardım kampaniyasına qoşulublar.
Assosiasiyanın həyata keçirdiyi kampaniyaya regional təhsil idarələri, ali, ümumi və orta ixtisas təhsili müəssisələri, eləcə də elm və təhsil işçiləri fərdi şəkildə yardım göstəriblər. Ümumilikdə 72 100 elm və təhsil işçisi yardım kampaniyasına ianə edib.
Kampaniyanın yekununda dəstək məqsədilə toplanan maddi yardımın məbləği ümumilikdə 2 741 153,97 manat olub ki, bu da təxminən 310 milyondan çox türk lirəsini təşkil edir.
Qardaş ölkəyə yardım məqsədilə ümumi və məktəbəqədər təhsil müəssisələri ümumilikdə 144 860 841 manat, ali təhsil müəssisələri 83 940 134 manat, orta ixtisas təhsili müəssisələri 6 557 875 manat, şəxsi hesablarından ödəyən elm və təhsil işçiləri isə 38 756 547 manat ianə ediblər.
Qeyd edək ki, təhsil işçilərinin topladığı yardım ölkə rəhbərliyinin tapşırığı ilə Türkiyəyə yardım çərçivəsində təhsil müəssisələrinin tikintisinə sərf ediləcək.