“Hocalı Katliamı Günlerinde Aşk - Azerbaycan Maralı” Azərbaycan-Ermənistan müharibəsi zamanından bəhs edən romandır – Ferhat Atik

“Hocalı Katliamı Günlerinde Aşk - Azerbaycan Maralı” Azərbaycan-Ermənistan müharibəsi zamanından bəhs edən romandır – Ferhat Atik

Bakı, TurkicWorld:

“Hocalı Katliamı Günlerinde Aşk - Azerbaycan Maralı” Azərbaycan-Ermənistan müharibəsi zamanından bəhs edən sevgi romanıdır.

TurkicWorld-un məlumatına görə, bu sözləri AzerPress-ə özəl açıqlamasında əsərin müəllifi, türk yazıçısı Ferhat Atik bildirib.

“Hocalı Katliamı Günlerinde Aşk - Azerbaycan Maralı” əsərinin əsas mövzusu 1992-ci ildə Azərbaycanda yaşanan sevgi macərasıdır. Roman sevdiyi qızla qovuşmaq üçün hər cür fədakarlığı edən gəncin başına gələn hadisələrdən bəhs edir. Gənclərin qarşılaşdıqları hadisələr onları bəzən kədərləndirir, bəzən də güldürür. Romanın sonu da olduqca təsir edicidir. Təbii ki, bu sevginin Azərbaycan-Ermənistan müharibəsi zamanında yaşanması məlum nəticələri özü ilə birlikdə gətirəcək”,- deyə F. Atik qeyd edib.

O qeyd edib k, Holokost, Ruanda, Banqladeş, Arakan, Kipr və dəhşətli Xocalı soyqırımının unudulmaması, gələcək nəsillərə ötürülməsi vacibdir.

“Bu baxımdan, mən də insan hislərindən ilham alaraq mövzunun bəşər sevgisi vasitəsilə ədəbiyyatda da yer tutması üçün romanı yazmağa qərar verdim”,- deyə o əlavə edib.

F.Atik Bosniyanın unudulmaz va dahi lideri Aliya İzzetbegoviçdən sitat gətirərək bildirib ki , “Nə edirsinizsə edin, soyqırımı unutmayın! Çünki unudulmuş soyqırımı yenidən təkrarlanacaq”.

Daha öncə Azərbaycanda səfərdə olmadığını bildirən yazıçı qeyd edib ki, Azərbaycana ən münasib zamanda səfər edəcək.

“Roman həm Türk, həm də Azərbaycan türkcəsində yazılıb. İlk dəfə türk dilində nəşr olunsa da, əsərin Azərbaycan türkcəsinə tərcüməsi çapa hazırdır. Əsərin Azərbaycan dilində çapı tamamlandıqdan sonra hər iki nəşri Azərbaycanda təqdim etməyi planlaşdırıram”, - deyə o bildirib.

Məlumat üçün bildirək ki, Xocalı soyqırımına həsr edilmiş “Hocalı Katliamı Günlerinde Aşk - Azerbaycan Maralı” romanı 2023-cü ilin mart ayında Türkiyədə dərc edilib. Kitab onlayn satışa çıxarılıb.

Ləman Əsədli