Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 10-a yaxın nəqliyyat vasitəsi Laçın yolundan keçib

Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 10-a yaxın nəqliyyat vasitəsi Laçın yolundan keçib

Bakı. TurkicWorld:

Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 8 nəqliyyat vasitəsi Laçın yolundan keçib.

TurkicWorld-un məlumatına görə, Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, BQXK-ya məxsus 8 minik avtomobilinin maneəsiz keçidi üçün şərait yaradılıb. Minik avtomobillərdə erməni əsilli sakinlər olub.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 108 gündür davam edir.