Bakı. Trend:
Hacı Şahinin ölümü ilə bağlı araşdırma aparılır.
Bu barədə TurkicWorld-un sorğusuna cavab olaraq Baş Prokurorluqdan məlumat verilib.
"1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır", - deyə məlumatda qeyd olunub.


