Son dəqiqə

Novruz Quliyev

Azərbaycan-Türkiyə prezidentləri arasındakı dostluq və qardaşlıq münasibətləri ölkələrarası sarsılmaz birliyin təcəssümüdür - Novruz Quliyev

Bakı, TurkicWorld, Ləman Əsədli

Azərbaycan-Türkiyə prezidentləri arasındakı dostluq və qardaşlıq münasibətləri ölkələrarası sarsılmaz birliyin təcəssümüdür,bunu TurkicWorld-a açıqlamasında AMEA-nın müxbir üzvü, professor Novruz Quliyev bildirib. N. Quliyev Türkiyədə baş vermiş zəlzələnin Azərbaycan xalqını çox üzdüyünü bildirib.

“ Zəlzələ sonrası, Azərbaycanın dövlət başçısı Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək türk xalqına başsağlığı verib.Azərbaycanın hər zaman olduğu kimi zəlzələnin ilk dəqiqələrindən Türkiyənin yanında olduğunu qeyd edib”- deyə o bildirib.

O qeyd edib ki , “ Bir millət iki dövlət prinsipindən çıxış edən Azərbaycan xalqı , Prezident İlham Əliyevin rəhbərliyi altında Türkiyəyə humanitar yardım və xilasedicilər göndərmək üçün səfərbər oldu.

N . Quliyev Prezident İlham Əliyevdən sitat gətirərək, : “Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”-deyə bildirib.

Azərbaycan-Türkiyə münasibətlərinə toxunan N.Quliyev, Ulu Öndər Heydər Əliyevin söylədiyi “bir millət iki dövlət” kəlamının artıq iki ölkə arasında şüara çevrildiyini qeyd edib.

N. Quliyev Azərbaycanla Türkiyə arasında 13 oktyabr 1921-ci il tarixli Qars, 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”, 2010-cu il sentyabrın 15-də imzalanmış “Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması” haqqında Birgə Bəyannamə və son olaraq 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayıb.

“ 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana siyasi-mənəvi dəstəyi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana müdaxilə olarsa qarşısında Türkiyəni görəcək deyərək Azərbaycanın tək olmadığını bütün dünyaya çatdırdı. Azərbaycan və Türkiyə prezidentləri arasında olan dostluq və qardaşlıq münasibətləri ölkələr arasındakı sarsılmaz birliyin təcəssümüdür. Dövlət başçıları mühüm tədbirlər zamanı daim bir-birinin yanındadır və bunun həmişə belə olacağını bəyan edirlər. Türkiyə prezidentinin 44 günlük müharibədən sonra bir çox tədbirlərdə, o cümlədən, zəfər paradı, Azərbaycanın azad edilmiş ərazilərində istifadəyə verilən hava limanlarının açılışında iştirak etməsi onun Azərbaycana verdiyi dəyərin nəticəsidir”- deyə o qeyd etdi.